İngilislərdən “Rusiyaya hücum etməyə HAZIRIQ” MESAJI

Baxış sayı:
7564

İngilis mətbuatı, kəşfiyyat təşkilatlarının Moskvanın kiber sahədə ola biləcək 'təcavüzkar' hərəkətlərinə cavab olaraq Rus kompüter şəbəkələrinə hücum etməyə hazır vəziyyətdə olduqlarını yazıb.
 
“The Sunday Times” qəzetinin İngilis kəşfiyyat təşkilatlarındakı qaynaqlara söykədiyi xəbərində, Rusiyaya qarşı hazırlanan tədbirləri inkişaf etdirmə işlərinə Milli Siber Təhlükəsizlik Mərkəzinin və Müdafiə Nazirliyinin qatıldığı qeyd edilib.
Qəzet, "Rusiyanın kompüter şəbəkələrində Siber mütəxəssisləri yerləşdi" deyə, yazıb.
 
BAŞ NAZİR MEYƏ MƏLUMAT VERİLDİ
 
Londonun ölkədəki stratji əhəmiyyətə malikb infrastruktur obyektlərinə, xüsusilə də səhiyyə təşkilatlarına kiber hücum gözlədiyi ifadə edilən xəbərdə, İngilis kəşfiyyatının Rusiyanın İngilis hökumət üzvlərinin, parlamentarların və digər üst səviyyə səlahiyyətlilərinin etibarını zədələyə biləcək məlumatları İnternetə sızdıra biləcəyindən şübhələndiyi ifadə edilib. Hesabata əsasən, İngiltərə kəşfiyyatı bu mövzuda baş nazir Teresa Meyi şəxsən məlumatlandırıb.
 
"SIZMA İMKANI OLDUQLARINI BİLİRİK"
 
Qəzetə danışan səlahiyyətli bir qaynaq, "Rusiyanın ssenarisində kölgə salan sənədlərin olduğunu bilirik, buna hazırıq. Bu miqyasda sızma imkanlarıNIN olduqlarını bilirik" deyə, bildirib.
İngiltərə, Milli Siber Təhlükəsizlik Strategiyası çərçivəsində 1,9 milyard sterlinqlik bir maliyyə qaynağını kiber təhdidlərlə mübarizəyə ayırmağı planlaşdırır.
Müxalifət.az