İngilislərdən Ərdoğan düşmənçiliyi: “CHP-ni DƏSTƏKLƏYƏCƏYİK”

Baxış sayı:
4666

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın erkən seçki qərarı ölkə gündəmini məşğul etdiyi kimi, beynəlxalq mətbuatın da əsas məqalələrini bəzəyib. İngilis “Guardian” qəzetində dərc olunan yazıda da hiss olunur ki, Türkiyədə erkən seçim qərarını həzm edə bilməyib.
 
Türkiyə erkən seçkiyə gedir. Rəcəb Tayyib Ərdoğanın bu qərarı Türkiyəni yaxından təqib edən beynəlxalq mətbuatı da bir anda məşğul edib. Ən çox narahat olan isə İngilis “Guardian” qəzeti olub.
İngilis “Guardian” qəzeti, seçkinin Cümhur İttifaqı ilə Prezident Ərdoğanın qazanması istiqamətində duyduğu narahatçılığı səhifəsinə töküb. Qəzet böyük bir ədəbsizlik ilə "Ərdoğanın" seçilmiş diktatorlar klubundakı yerini təmin edəcəyini" yazıb.
Ərdoğanın demokratik seçkilərin gətirdiyi nüfuzu istədiyini, ancaq seçkidə məğlub olma riskini istəmədiyini yazan qəzet, "Bu baxımdan Türkiyənin prezidentinin Rusiyanın Vladimir Putini və ya Misirin Abdülfettah Sisisinden fərqi yoxdur" - deyib və əlavə edib:
“Üçü də demokratiyanın “Sən səs verərsən, mən qalib gələrəm”” şüarı ilə yekunlaşdıracağını hesab edir.
 
SEÇİMİN UDUZULMASI AŞAĞI BİR EHTİMALDIR
 
Qəzetin çevrilişçi Sisi ilə müqayisə etdiyi Ərdoğan üçün söylədiyi sözlər bir yana, seçkilər məsələsində də bəzi etiraflar edib. AK Partiya ilə MHP-nin ittifaqının seçkini uduzma ehtimalının demək olar ki, olmadığını qeyd edən “Guardian”, “Ərdoğanın erkən seçkini uduzması mümkündür, amma son dərəcə aşağı bir ehtimaldır. AKP 2015-ci ildə məclisdəki yerlərin əksəriyyətini qazandı və bu dəfə MHP-nin də dəstəyini alacaqlar" deyib.
 
MUSTAFA KAMAL ATATÜRKDƏN GÜCLÜ OLACAQ
 
“Guardian”-ın hədsizliyi bununla da məhdudlaşmır. Qəzet sətirlərinin sonunda apardığı qiymətləndirmə ilə prezident Ərdoğanın adı qoyulmamış bir diktator olacağını bildirib və Mustafa Kamal Atatürkdən də daha güclü olacağını söyləyib: “Ərdoğan seçkini qazanarsa, adı qoyulmamış bir diktator olacaq. Bəlkə də müasir Türkiyənin qurucusu Kamal Atatürkdən daha güclü olacaq" deyib.
Müxalifət.az