İngilislərdən Kraliça 2-ci Yelizavetaya təpkilər yağdı

Baxış sayı:
4252

İngiltərə Kraliçası 2-ci Elizabetin Bəhreyn Kralı Hamed bin İsa Al Xəlifəni Windsor Kral At Şousuna dəvət etməsi ölkədə təpkiyə səbəb olub. “The Guardian” qəzetinin xəbərinə görə, Kraliça 2-ci Yelizaveta hər il keçirilən Windsor Kral At Şousunda Al Xəlifə ilə bir araya gələrkən, dəvət İngilis ictimaiyyətdə təpkilərə yol açıb. Bəhreyndə rejim müxaliflərinə qarşı təzyiqinə diqqəti çəkən Silah Ticarətinə Qarşı Kampaniya platformasının meneceri Endryu Smit, etdiyi açıqlamada, görüşü "utanc verici" şəklində səciyyələndirib. İngiltərənin 2011-dən bu yana Bəhreynə 100 milyon sterlinqlik silah satdığına diqqəti çəkən Smit, İngiltərənin bu ölkədəki rejimi deyil, həbsdəki müxalifətçi lider Həsən Muşeyma kimi şəxsləri dəstəkləməsi lazım olduğunu qeyd edib. Həbsxanalar dolub daşdı Muxalif liderin oğlu Əli Muşeyma da qəzetdə qələmə aldığı yazıda, “Kral İngilis zadəganlarla kef çəkərkən, yaşlı ata Bəhreyndə bir həbsxana kamerasında iztirab çəkir. Ciddi xəstəlikləri üçün müalicə görməsi də əngəllənir" deyə qeyd edib. Bəhreyn həbsxanalarının siyasi məhbuslarla dolub daşdığını yazan Muşeyma, bunların qəsdən tibbi müalicədən məhrum buraxıldığını da ifadə edib. London mərkəzli Bəhreyn Hüquqlar və Demokratiya İnstitutunun direktoru Seyid Əhməd Al Wadaei də qəzetə verdiyi açıqlamada, İngiltərənin Bəhreynə verdiyi dəstəyi tənqid edib. Zəhərli münasibət sona çatdırılsın İngiltərə ilə Bəhreyn arasındakı əlaqəni “zəhərli" deyə səciyyələndirən və sona çatdırılmasna dəvət edən Al Wadaei, "İngiltərə başını digər tərəfə çevirməyə və Bəhreynin qorxunc insan haqları pozuntularını örtməyə davam edir. Bunun qarşılığında da silah ticarəti və bir dəniz bazası alır" deyə bildirib. Kraliça 2-ci Yelizaveta ilə Al Xəlifə arasında yaxın bir şəxsi münasibətin olduğu bildirilən xəbərdə, iki monarxın bir-birinə 2013 və 2017-də qarşılıqlı olaraq at hədiyyə etdiyi məlumatı da yer alıb. Qeyd edək ki, İngiltərə keçən il Bəhreyndə 40 milyon funt-sterlinqə (təxminən 320 milyon TL) başa gələn bir dəniz bazası açmışdı. Bəhreyn 2011-ci ildə “Ərəb Baharı” prosesində Şiə çoxluq və Sünni müxaliflərin monarxiyaya qarşı kütləvi etirazlarını Səudiyyə Ərəbistanının hərbi dəstəyi ilə yatırmışdı. Həmçinin Bəhreyn 2017-də Qətər ilə bütün diplomatik əlaqələri kəsmə və bu ölkəyə iqtisadi blokada tətbiq etmək qərarı alan ölkələr arasında da yer almışdı. Müxalifət.az