İngilislərdən Camal Qaşıqçı ilə bağlı ŞOK İDDİA: ÖLDÜRÜLMƏYİB

Baxış sayı:
4192

 İngilis mətbuatı, Səudiyyəli müxalif jurnalist Camal Qaşıqçı-nın öldürülmədiyini, Səudiyyə Ərəbistanına qaçırıldığını və hazırda Ər-Riyadda olduğunu iddia edib.
 
İngiltərənin “Daily Mail” qəzetinə məxsus internet saytın, Səudiyyə kral ailəsinə yaxın mənbəyə əsaslandığı iddiaya görə, Səudiyyəli jurnalist Camal Qaşıqçı öldürülməyib, qaçırılıb.
 
Avtomobillə hava limanına aparılıb
 
İddiaya görə, Qaşıqçı konsulluğa daxil olduqdan sonra qara bir avtomobillə və onu təqib edən ağ bir mikroavtobusla birlikdə birbaşa hava limanına aparılıb. Hava limanından xüsusi təyyarə ilə əvvəl Dubaya, sonra Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada aparılıb.
“Daily Mail”, Qaşıqçı-nın həyatda olduğunu və hazırda Ər-Riyadda tutulduğunu yazıb.
Müxalifət.az