İngilislər Kərkükdə “Satqınlıq” ittihamlarının ŞİFRƏLƏRİNİ ÇÖZDÜ

 İngiltərənin “İndependent” qəzeti Bərzani və Tələbani qrupunun Kərkük əməliyyatından əvvəl çəkilmək üçün razılaşdıqlarını irəli sürdü.
 
Müxalifət.az-ın verdiyi xəbərə görə, İngilis mediası Kərkük əməliyyatından öncə Bərzani və Tələbani qrupunun bölgəni tərk etmək üçün razılaşdıqlarını iddia edib.
 İngiltərədə “İndependent” qəzetinin Orta Şərq müxbiri Patrik Cockburn, bugünkü yazısında Bərzaninin partiyası KDP (Kürdüstan Demokrat Partiyası) və Tələbaninin partiyası KYB-nin (Kürdüstan Yurdsevərlər Birliyi) Kərkük əməliyyatından əvvəl çəkilmək üçün razılaşdıqlarını irəli sürdü.
 Cockburn Peşmərgənin İraq qüvvələrinin qarşısından çəkilməsini Kürdlərin tarixindəki ən böyük fəlakətlərdən biri kimi xarakterizə edib.
 Cockburn yazısında bu ifadələrə yer verib:
“Kürdlər Bağdadla aralarında uzun müddətdir mübahisə mövzusu olan ərazilərdən çəkildikləri üçün son üç gün ərzində torpaqlarının 40 faizini itirmiş oldular. İki əsas Kürd partiyası olan Kürdüstan Demokrat Partiyası və Kürdüstan Yurdsevərlər Birliyinin bazar günü keçirdikləri toplantıda çəkilməkdən başqa variantları olmadığı barədə razılaşdıqları aydın olur. Hücuma keçən İraq qüvvələrinə qarşı döyüşmək üçün çox zəif olduqlarını bilirdilər və kömək istəyəcəkləri bir müttəfiqləri də yox idi. Kürd liderlər indi bu məğlubiyyətə görə, bir-birini ittiham edir. Bu, Kürdlərin tarixinin ən böyük faciələrindən biri kimi qeydiyyatdan keçəcək.
Peşmərgə Kərkük şəhəri yaxınlığında əlində tutduğu iki neft ərazilərini də tərk etdi. Beləliklə, 2003-dəki ABŞ işğalı və Səddam Hüseynin devrilməsindən bu yana bütün torpaq “qazanclarını” təslim etmiş oldu. Hansı ki, Kərkükdəki neft yataqlarına sahib olmağın, Kürdlərin iqtisadi müstəqilliklərinin çox vacib şərti kimi qəbul olunurdu.”
Müxalifət.az