İngilislər Fəratın şərqinə Türk əməliyyatı istəmir

Baxış sayı:
3934

Türkiyə prezidenti Ərdoğanın Fəratın şərqinə əməliyyat siqnalı verəndən sonra İngiltərənin “Financial Times” qəzeti, "Türkiyə ABŞ əsgərləriylə qarşı-qarşıya gələ bilər" deyə şərh verdi.
 
Fəratın şərqinə olacaq əməliyyatı səhifəsinə daşıyan İngilis “Financial Times” qəzetində, "Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriyadakı İŞİD-a qarşı ABŞ qüvvələri ilə birlikdə döyüşən Kürd döyüşçülərini bölgədən çıxarmaq üçün bir hərbi əməliyyat hazırlığında olduğunu dedi. Hansı ki, bu, Türk əsgərlərinin Amerikan əsgərləri ilə qarşı-qarşıya gəlmə riskini daşıyır" deyə qeyd edilib.
PKK\YPG terrorçularının qəzet tərəfindən İŞİD-a qarşı döyüşən qəhrəmanlar kimi təqdim edilməsi də göstərir ki, bununla ingilislər həm terrorçuları İŞİD terroruna qarşı döyüşən ABŞ müttəfiqi kimi təqdim edir, həm də PKK terrorçularını yeni statusda legitimləşdirir.
Müxalifət.az