İngilislər ABŞ-a TÜRKİYƏ ƏNGƏLİNDƏN YAZDI

Baxış sayı:
3547

İngiltərənin “Guardian” qəzetinin köşə yazarlarından Simon Tisdall, Vaşinqton rəhbərliyinin bölgədəki ən əhəmiyyətli müttəfiqlərindən olan Türkiyədən gözlədiyi dəstəyi görmədiyini və son zamanlar baş verənlərin 2003-dəki İraq hökuməti dövrünü xatırlatdığını yazdı.
 
Tisdall, ABŞ ilə Rusiya arasında Suriyada hərbi toqquşmanın baş vermə ehtimalının getdikcə artdığı bir vaxtda Vaşinqton rəhbərliyinin bölgədəki ən əhəmiyyətli müttəfiqlərindən olan Türkiyədən gözlədiyi dəstəyi görmədiyini və son zamanlar baş verənlərin 2003-dəki İraq hökuməti dövrünü xatırlatdığını yazıb.
 
ABŞ-ı ƏSAS MÜTTƏFİQİNDƏN MƏHRUM QOYUR
 
Tisdall, “Guardian”ın internet saytında yayımlanan “Türkiyənin Rusiya ilə heç olmadığı qədər yaxın əlaqələri, ABŞ-ı Suriyada əsas müttəfiqindən məhrum qoyur" başlıqlı məqaləsində son dövrdə regionda baş verənləri və yüksələn təzyiqi şərh edib.
 
TÜRKİYƏDƏN İNCİRLİK MƏHDUDLAŞDIRMASI
 
Türkiyənin NATO üzvü olmasına rəğmən son dövrdə Rusiya ilə yaxın əlaqələr inkişaf etdirdiyinə diqqət çəkilən yazıda, Türkiyənin tətbiq etdiyi məhdudiyyətlər səbəbindən ABŞ-ın Adanadakı İncirlik hərbi hava bazasından əməliyyatlar keçirməsi şansı iflasa uğrayıb.
 
PUTİN, DÖVLƏT ÇEVRİLİŞİ CƏHDİNDƏN SONRA TAM DƏSTƏK VERDİ
 
Bununla yanaşı Tisdall, Türkiyənin  2015-ci il noyabr ayında müharibə təyyarəsini vurmasına baxmayaraq Rusiya ilə son dövrdə yaxınlaşma prosesinə daxil olduğunu vurğulayıb və yazıda bu ifadələrə yer verib:
“NATO və Aİ-nin xoşuna gəlməyən bu yaxınlaşma prosesi, iki ölkənin başda Suriya olmaqla, sahib olduqları ortaq maraqların da təsiri ilə sürətlə irəliləyib.
Həm Ərdoğan həm də Putin, burada müharibədən sonra ortaya çıxacaq vəziyyəti özlərinə görə, formalaşdırmaq istəyir. Bu səbəblə də, BMT tərəfindən aparılan Suriya prosesinə rəqib kimi, İran ilə birlikdə Astana sülh prosesi adını verdikləri müzakirələri başlatdılar.
Putin, 2016-ci ildəki çevriliş cəhdindən sonra Ərdoğan ilə şəxsən təmasa keçərək, Moskvanın tam dəstəyini çatdırdı.
Beyin mərkəzi təşkilatı IISSE-yə görə, o vaxtdan bu yana, nüvə enerjisi, Rusiyadan Türkiyə və Avropaya enerji daşıyan boru kəmərləri, turizm, investisiya, silah satışı və hərbi tərəfdaşlıq kimi məsələlərdə ikitərəfli əməkdaşlıq da daha əvvəl görülməmiş səviyyələrə çatıb.
 
 ƏRDOĞAN VƏ PUTİNİN BİRGƏ MƏQSƏDİ
 
Ərdoğan və Putinin başqa bir ortaq məqsədi var: Orta Şərqdəki ABŞ təsirini azaltmaq, Rusiya üçün Türkiyə ilə yaxşı əlaqələr qurmaq, NATO içərisində parçalanmanı təmin etmək və ABŞ-ın Suriyadakı hərbi variantlarını məhdudlaşdırmaqdan ibarətdir".
Müxalifət.az