İngilis təyyarələrinin haradan QALXDIĞI BƏLLİ OLDU

Baxış sayı:
3130

Suriyaya qarşı hərəkata qatılan İngilis təyyarələrinin Kiprdəki İngilis bazalarından qalxdığı bəlli olub.
 
Bir həftədir bütün icazələrin ləğv edildiyi Ağotur Hərbi Bazasında səhərə yaxın 4 Tornado təyyarəsi Suriyaya hücum təşkil edib.
Yunan mənbələrdən əldə edilən məlumatlara görə, İngiltərə, Kiprdəki Ağutor bazası ilə hücuma qoşulub. Təyyarələrin hücumlardan sonra bazaya qayıtdığı bildirilib. Ağotur bazasında isə “qırmızı həyəcan” vəziyyətinin davam etdiyi, yeni bir hücum üçün hazır vəziyyətdə gözlənildiyi qeyd edilib. Yunan rəhbərliyi də əməliyyatın başlaması ilə birlikdə təcili görüşlər keçirib. Anastasiadisin xarici işlər naziri və müvafiq rəsmilərdən məlumatlar aldığı ifadə edilib.
Digər tərəfdən, İngilis bazaları "suveren" statusunda olduğu üçün Yunan rəhbərliyinin, bazalara qarşı sanksiya məhdudiyyəti mümkün deyil. Ağotur bazasında 6 ədəd Tornado, 8 ədəd də Tyhoon təyyarəsi mövcuddur.
Müxalifət.az