İngilis səfirin Tramp haqda fikirləri yenə mətbuata sızdı

Baxış sayı:
6430

ABŞ prezidenti Donald Trump haqqındakı ifadələri mətbuata sızan və diplomatik böhrana gətirib çıxaran İngiltərənin Vaşinqtondakı səfiri Kim Darroçun yazışmaları mətbuata sızmağa davam edir.
 
Səfirin istefasına baxmayaraq dünən "Mail On Suday"da yayımlanan xəbərdə, Darroçun 2018-də ABŞ-ın İranla nüvə razılaşmasından çəkilməsini önləməyə çalışan keçmiş Xarici İşlər naziri Boris Johnson üçün qələmə aldığı qeydlərə yer verilib.
Keçmiş səfir söz mövzusu qeyddə, ABŞ prezidenti Donald Trampın sələfi Barak Obamaya qərəzli olduğu və ondan qisasını almaq üçün İranla nüvə razılaşmasından çıxdığını söyləyir. Darroç Trampın razılaşmanı tərk etməsini "diplomatik vandallıq" deyə də xarakterizə edir.
Səfir "Tramp rəhbərliyi diplomatik vandallığa qoyularkən, bunun ideoloji və fərdi səbəbləri var. Hər şeydən əvvəl bu, Obamanın razılaşmasıdır. Bundan başqa, heç bir ‘sabahısı gün strategiyası' da ortaya qoya bilmirlər. Xarici İşlər Nazirliyinin də istər Avropada, istərsə bölgədə olsun, müttəfiqlərlə ortaq bir fikrə gəlmək kimi bir planı yoxdur" deyə qeyd edib.
Müxalifət.az