İngilis qəzetdən Livan BAŞ NAZİRİ HAQDA ŞOK İDDİA

“The Independent”inn təcrübəli Orta Şərq müxbiri Robert Fisk, 4 noyabrda istefasını açıqlayan Livan baş naziri Saad Haririnin 3 noyabrda ər-Riyadda təyyarədən enəndən sonra Səudiyyə Ərəbistanı tərəfindən nəzarətə alındığını və daha sonra ondan istefa etməsinin tələb edildiyini yazıb.
 
Fisk yazısında qeyd edib ki,, Hariri noyabrın 3-də təyyarədən enərkən ər-Riyadda ilk gördüyü şey təyyarəni əhatə edən Səudiyyə polisləri olub. Onun iddiasına görə, Hariri təyərədən çıxarkən onun və cangüdənlərinin cib telefonları əllərindən alınıb: “Bu şəkildə Livan baş nazir susdurulub".
Fisk, Səudiyyə Kralının Haririyə zəng edərək, onu ölkəsinə çağırdığını iddia edib və baş nazirin ona verilən istefa məktubunu oxumağa məcbur edildiyini bildirib.
Hariri, 4 noyabrda Səudiyyə Ərəbistanda verdiyi istefadan sonra hələ də ölkəsi Livana geri qayıtmayıb. Livan prezidenti Mişel Avun isə Hariri ölkəsinə qayıdıb, istefa ərizəsini təqdim etməyənə qədər istefanın qəbul edilməyəcəyini bəyan edib.
Livanın aparıcı siyasətçilərindən olan Vəlid Canbolat isə Saad Haririnin artıq ölkəsinə qayıtmaq vaxtının gəldiyini söyləyib.
Canbolat, Livanda Haririyə alternativin olmadığını bildirib.
Bir Twitter mesajında Canbolat, "İstər zorla, istər öz iradəsilə, bir həftədir Livandan uzaqda olan Saadın qayıtmasının vaxtı gəlmişdir. Özünün alternativi yoxdur" deyə, yazıb.
Müxalifət.az