İngilis parlamentarilər AB marşına arxasını çevirdi

Baxış sayı:
5095

İngilis “Brexit” Partiyası parlamentariləri Avropa Parlamentinin açılış iclasında Avropa Birliyi Milli Marşına kürəklərini çevirərək etiraz edib.
 
Yeni qurulmasına baxmayaraq Avropa Parlamentində 29 kürsü əldə edən İngilis “Brexit” Partiyasının parlamentariləri Strasburqda təşkil edilən açılış iclasında Avropa Birliyi Milli Marşına etiraz edərək arxalarını çeviriblər.
 
"Hörmət etmirəm"
 
Sosial mediada sürətlə yayılan görüntülər bir çox adamın təpkisinə səbəb olub.
“Brexit” Partiyasının lideri Nigel Farage etirazdan sonra “Euronews”-a etdiyi açıqlamada, "Bizə təlqin edilən xarici bir milli marşa hörmət etmirəm" deyib.
Müxalifət.az