İngilis mətbuatında ŞOK İDDİA: Qəzzaya hücum Kaşıkçı gündəmini dəyişmək üçün imiş?

Baxış sayı:
148

Muxalifet.az xəbər verir ki, İngiltərədə dərc edilən “Middle East Eye” (Yaxın Şərqin Gözü) saytı qəribə bir iddia irəli sürüb. Qəzetin yazdığına görə, beynəlxalq arenada küncə sıxışan Səudiyyə şahzadəsi vəliəhd Məhəmməd bin Salman tənqid oxlarından xilas olmaq və gündəmi dəyişdirmək üçün İsrailin baş naziri Binyamin Netanyahunu Qəzza torpaqlarına hücum eləməyə razı salıb.
Saytın yazdığına görə, Kaşıkçı cinayəti ilə əlaqədar yaranmış beynəlxalq təzyiqlərin dəf edilməsi məqsədilə şəxsən şahzadə bin Salman tərəfindən yaradılmış böhran komitəsinin bin Salmana tövsiyələri arasında “Silah almaq adı altında Türkiyəyə rüşvət təklif eləmək fikri də var”.