İngilis Clif müsəlman oldu - O, həyatının davamını Cəmil adı ilə yaşayacaq...

Baxış sayı:
5863

Türkiyədə Muğlanın Fethiyə rayonunda 14 ildir tək yaşayan ingilis Clif Barbur öz istəyi ilə məscidə gedib, Kəlime-i Şəhadət gətirərək Müsəlman olub və Cəmil adını alıb.
 
Üzlü Məhəlləsində 14 ildir tək yaşayan İngiltərə vətəndaşı Clif Piter Barbur ötən bazar ertəsi günü qan təzyiqi yüksəlib və tarazlığını itirərək evində yerə yıxılıb. Xəstəxanaya çatdırılan Clif Piter Barbur müalicədən sonra evə buraxılıb. Uzun müddətdir İslamı araşdırdığını bildirən və Müsəlman kimi ölməyə qərar verdiyini qeyd edən Barbur Fethiyədəki məscidə müraciət edib.
Məsciddə keçirilən mərasimdə Kəlime-i Şəhadət gətirən Clif Piter Barbur müsəlman olub, Cəmil adını alıb. Fethiyə imamı Həmdi Uzunharman Barberə ingilis dilində Quran-i-Kərim və müxtəlif dini kitablar hədiyyə edib. Cəmil Barbur İslam və Həzrəti Məhəmməd haqqında oxuduqlarının Müsəlmanlığa qarşı sevgi duymasına yol açdığını deyib.
Fethiyə imamı Həmdi Uzunharman isə "Bu gündən etibarən özü Müsəlman oldu. Biz də çox xoşbəxt olduq. Allah şəhadətini qəbul etsin" deyib.

Müxalifət.az