​İndoneziyada növbəti zəlzələ: Bu dəfə...

Baxış sayı:
1480

İndoneziyanın Sulavesi adasında bu dəfə 5,1 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin Metereologiya, İqlim və Geofizika qurumu məlumat yayıb.
Yeraltı təkanların episentri Siqi bölgəsindən 23 km cənub-şərqdə qeydə alınıb.
Zəlzələ ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və tələfatın olmadığı, sunami təhlükəsinin elan edilmədiyi bildirilib.