İndoneziyada növbəti güclü zəlzələ

Baxış sayı:
17134

İndoneziyanın Yava adasının cənubunda 5,7 bal gücündə zəlzələ olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri ölkənin ikinci ən böyük şəhəri olan Surabayadan 288 kilometr cənubda, ocağı 40 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir, sunami xəbərdarlığı elan edilməyib.