​İndoneziyada 5,9 bal gücündə zəlzələ baş verib

Baxış sayı:
1393

İndoneziyanın Papua əyalətində 5,9 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, zəlzələ yerli vaxtla saat 09:42-də baş verib.
Zəlzələnin episentri Abepur şəhərindən 162 km cənubda, ocağı isə 80 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.