“İndi deyəcək söz yoxdur…” – General Elçin Quliyevdən DTX-nın əməliyyatına REAKSİYA

Baxış sayı:
2752

Dövlət Təhlükəsizlik Xidmətinin anti-korrupsiya əməliyyatları Dövlət Sərhəd Xidmətinə də keçdi.

Məlum olduğu kimi, DTX və Baş Prokurorluq Dövlət Sərhəd Xidmətinin bir qrup vəzifəli şəxslərini həbs edib.

Bu həbslərlə bağlı Gununsesi.org-un əməkdaşı DSX -nin rəisi general-polkovnik Elçin Quliyevlə əlaqə saxlayıb.
General tabeliyində olan zabitlərin həbsi barədə suala cavab verməkdən imtina edib.
“İndi deyəcək söz yoxdur. Sonra açıqlama alarsınız”, – deyən Elçin Quliyev telefonun dəstəyini asıb.