İndi də “Qırmızı Jiletlər” ortaya çıxdı!

Baxış sayı:
3328

 Hollandiyada “Sarı Jiletlər”dən sonra indi də “Qırmızı Jiletlər” küçəyə çıxmağa hazırlaşır.
 
“Qırmızı Jiletlər" tərəfindən sosial mediadan edilən açıqlamada, bazar günü Laklı şəhərində hökumət əleyhinə aksiya keçiriləcəyi qeyd olunub.
Açıqlamada, Fransada başlayan “Sarı Jilet” aksiyalarının Hollandiyada ifrat sağçılar tərəfindən ələ keçirildiyi, bu səbəblə "Qırmızı Jiletli" hərəkatı başladığı ifadə edilib.
Açıqlamada, Hollandiyanın baş naziri Mark Ruttenin illərdir davam edən pis rəhbərliyinin artıq sona çatması və yerinə sosial bir Hollandiyanın inşa edilməsi çağırışı edilib.
Müxalifət.az