İncirlikdəki “Patriot”lar – raket hücumundan müdafiə sistemləri - FOTOLAR

Baxış sayı:
263

Muxalifət.az xəbər verir ki, Suriya tərəfindən gələ biləcək raket və təyyarə hücumu təhdidinə qarşı Adanadakı İncirlik bazasında qurulan “Patriot” raket hücumundan müdafiə sistemi hələ də fəal şəkildə xidmət edir.
Türkiyənin NATO-dan tələb etməsindən sonra 2013-cü ildə Adana, Kahramanmaraş və Qaziantepdə qurulan “Patriot” hava hücumundan müdafiə sistemləri Suriyadan bölgəni təhdid edə biləcəj hava hücumuna qarşı yerləşdirilmişdi. Amerikalıların Qaziantepdə, almanların isə Kahramanmaraşda qurduqları raket sistemləri xidmət müddəti bitdikdən sonra ölkələrinə aparıldılar. Körfəz müharibəsində fəal rol oynayan və hələ də Suriya və İraqda İŞİD-ə qarşı yaradılmış koalisiya qüvvələrinin təyyarələri ilə pilotsuz hava vasitələrinin yerləşdiyi, ABŞ-Türkiyə birgə müdafiə müəssisəsi olan İncirlik bazasında ilk növbədə Hollandiya “Patriot” raket müdafiəsi qurmuş, bu ölkə isə vəzifəsini 2015-ci ildə İspaniyaya təhvil vermişdi. Türkiyədə yalnız İncirlik bazasında yerləşən müdafiə sistemi fəal şəkildə hava hücumlarına qarşı xidmət göstərir.
 
64 ildir fəaliyyətdədir
 
İncirlik bazası 1954-cü ildə Türkiyə Silahlı Qüvvələri və Amerika Hava Qüvvələrinin xidmətində birgə şəkildə istifadə edilir. İdarəsi Türkiyə Silahlı Qüvvələrində olan İncirlik, eyni zamanda NATO-nin mühüm bir regional ehtiyat bazaasıdır. Adanada şəhərin şərqində yerləşən baza, Aralıq dənizindən 56 kilometr məsafədə yerləşir./Hurriyyet.org