​İncə söz verdi: Məni seçin, Qəzzaya gedəcəm

Baxış sayı:
6295

Biz buradan ABŞ-ı pisləyirik. Türkiyə Cümhuriyyətini idarə edənlərə müraciət edirəm. Vaşinqtondakı səfiri geri çağırın. Muxalifet.az xəbər verir ki, bu sözləri CHP lideri Məhərrəm İncə bildirib. "Allahın izni ilə Rəcəb Tayyib Ərdoğanın 2013-cü ildə verdiyi sözlərin davamçısıyam. Qəzzaya gedəcəyəm deyirdi, getmədi. Sizə söz verirəm, məni prezident seçin, Qəzzaya gedəcəm", - İncə qeyd edib. Xatırladaq ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən minlərlə fələstinli sərhədə axın edib. İsrail ordusunun etirazçılara müdaxiləsi nəticəsində 41 nəfər ölüb, 1700 nəfər yaralanıb.