"İnanırıq ki, xalqımız Zaur Darğallıya səs verəcək” - KONQRES SƏDRİ

Baxış sayı:
10186

Sabah Gürcüstanda, azərbaycanlıların məskunlaşdığı Marneuli rayonunda növbədənkənar mer seçkiləri keçiriləcək. Seçkilərdə 15 namizəd iştirak edəcək ki, onlardan 4 nəfəri azərbaycanlıdır. Gürcü və azərbaycanlı namizədlər arasından isə Zaur Darğallının şansı daha yüksək dəyərləndirdirilir.

“Sorğunun nəticələri göstərir ki, Marneuli rayonunun əhalisinin əksəriyyəti Zaur Darğallını dəstəkləyir”

Sabah Marneuli rayonunda keçiriləcək mer seçkilərini şərh edən Gürcüstan Azərbaycnlıları Konqresinin sədri Hüseyn Yusubov Hurriyyet.org-a deyib ki, əsas mübarizə 4 nəfər azərbyacanlı arasında gedir: “Əsas şansı olanlar da elə onlardır. Onlar Əli Bədirov, Zaur Darğallı, Əhməd İmamquliyev və Aqil Mustafeyevdir. Dördünün də seçki qabağı kompaniyası stabil bir şəraitdə keçdi. Hər birinin ölkə mediasında həm debatları oldu, həm də təbliğat kampaniyaları keçdi. Marneuli rayonunun 82 kəndi var, onlar bütün kəndlərə getdilər, əhali ilə görüşlər keçirdilər. Bundan sonra, biz dünən Konqres olaraq kiçik bir sorğu təşkil etmişdik. Sorğunun nəticələri belə göstərir ki, Marneuli rayonunun əhalisinin əksəriyyəti Zaur Darğallını dəstəkləyir. Belə də gözlənilirdi ki, Zaur Darğallıya üstünlük veriləcək.

Çünki Zaurda olan dövlətçilik təcrübəsi daha üstündür. O, həm qeyri-hökumət sahəsində, həm də dövlət vəzifələrində çalışıb. Bu gün onun həm təcrübəsi, həm dərin elmi, savadı, həm də xalqla bir yerdə olması xalqda ona qarşı böyük bir sevgi və simpatiya yaradıb. Ona görə, elə belə də gözlənilirdi ki, xalq üstünlüyü ona verər. Yəqin ki, sabahkı seçkilərdə bu, özünü daha bariz şəkildə göstərəcək. Xalq seçkidə hərə öz namizədini seçəcək.

Mən də fürsətdən istifadə edib, sizin sayt vasitəsilə Konqresin adından xalqımıza müraciət etmək istəyirəm ki, seçimlərində səhv etməsinlər. Seçimlərimiz düz olarsa, rayonumuz inkişaf edər, problemlərimiz həll olar. Kəndlərdə bir çox sosial problemlər, qayğılar var. Kəndlərimizdə hələ də həll olunası içməli su, suvarma su problemləri var. Rayonumuzun kəndlərində uşaq bağçaları tikilməlidir, yollar çəkilməlidir. Uzun illərdir torpaq islahatlarının aparılmasına baxmayaraq torpaq problemləri hələ də davam edir. Bütün bu problemlərin öhdəsindən gələ biləcək, hazır layihələri olan, bu layihləri həyata keçirməyə qadir olan adam biz Zaur Darğallını görürük və inanırıq xalqımız da ona səs verər”.

“4 nəfər azərbaycanlı arasında mübarizə gedir, gürcülər mübarizəyə qoşulmayıblar”

Картинки по запросу Zaur Darğallı

“Gürcü namizədlərlə mübarizdə Zaur Darğalının qalib gəlməsi mümkündürmü” sualına H. Yusubov belə cavab verdi: “Düzdür, etnik gürcü namizədlər qeydiyyatdan keçiblər, amma mən şəxsən onların heç bir yerdə mübarizəyə qoşulduğunu görməmişəm. 10-12 gürcü namizəd var, hansısa partiyaları təmsil edirlər. İnanın ki, mən bütün ömrüm boyu siyasətdə olmağıma baxmayaraq elə adda siyasi partiyaları ilk dəfədir görürəm. Ona görə də Zaur Darğallı çox irəlidədir. Burada ancaq 4 nəfər azərbaycanlı arasında mübarizə gedir, gürcülər mübarizəyə qoşulmayıblar”.

“Rayonumuzun qabiliyyətli, işgüzar bir rəhbərə ehtiyacı var ki, bütün problemləri həll etsin”

H. Yusubovun fikrincə, sabakı mer seçkilərinin nəticələrinə görə Zaur Darğallı Marneulidə mer olacaq: “Mən inanıram ki, xalqımız yüksək faizlə, rüh yüksəkliyi ilə Zaur bəyə dəstək verəcək. Zaur xalqın içindən çıxmış bir oğlandır, bütün eqoizmlərdən, komplekslərdən uzaq, xalqla birlikdə nəfəs alan, xalqla birlikdə oturmağı, durmağ, ağalmağı, gülməyi bacaran elin oğlu deyilən bir adamdır. Buna görə, el də oğlunu seçər. Hər halda, “elin gözü tərəzidir”. Mən elə başa düşürəm ki, xalqımız heç vaxt səhv etməyib, bu dəfə də səhv etməyəcək. Həqiqətən rayonumuzun da belə bir qabiliyyətli, işgüzar bir menecerə, rəhbərə ehtiyacı var ki, biləyini çərməsin, başlasın bütün problemləri həll etsin. Mən inanıram ki, Zaur bəy bu problemlərin hamısının həllinə qadirdir. Elə problemlər var ki, Nazirlər Kabinetində, yaxud bölgə idarəetməsi, yəni quberniya səviyyəsində həll olunur, eləsi də var, bələdiyyə səviyyəsində həll olunur, amma Zaur elə gəncdir ki, bu idarələrin hamısı ilə oturub müzakirələr aparmağı və sübut etməyi bacarır ki, bu problem həll olunasıdır. İnanıram ki, xalqımız onu dəstəkləyəcək”.

Şamo EMİN, Hurriyyet.org