İNANILMAZ HADİSƏ: Köpəkbalığının şəklini çəkmək istədi və...

Baxış sayı:
2515

Cənubi Afrikanın Port Elizabet limanında köpəkbalığının şəklini çəkmək istəyən 51 yaşındakı dalğıc Rayner Şimpf bir anda ortaya çıxan nəhəng balinanın ağzından qurtulub.

Muxalifet.az xəbər verir ki, 15 ildir Cənubi Afrikada dalğıc turları keçirən Şimpf dənizin dibində çəkiliş aparmaq üçün suya girib. O, bir anda 30 ton ağırlığında nəhəng balina ilə qarşılaşıb. Xoşbəxtlikdən, balina dalğıcı azğındakı balıqlarla birlikdə geriyə tullayıb.

Ölümdən xilas olan dalğıc bildirib ki, o, xüsusi kamera vasitəsilə köpəkbalığı, delfin və pinqvinləri çəkmək istəyib. Özünün rəhbərlik etdiyi qrupla sahildən 25 mil aralanan Şimpf dənizin güclü dalğalanması fonunda onları pis bir sürprizin gözlədiyini hiss edib. Sonra qaranlıqda ayaq nahiyəsində kəskin ağrı olduğunu bildirən dalğıc özünü balinanın ağzında gördüyünü və fırtına qüvvəsi ilə oradan bayıra atıldığını söyləyib.

Bu qorxulu anları dalğıcın həmkarı Hayns Toperger lentə alıb və “The Mirror” qəzetinə təqdim edib. (Azərtac)