İnanılmaz hadisə! Çoban təyyarəni vurdu

Baxış sayı:
5107

Türkiyədə Aksarayın Osmanlı kəndində qoyun otaran iki çoban, M.İ və S.Ş alçaqdan uçaraq qoyunları qorxutduğu üçün mədən kəşfiyyat təyyarəsinə atəş açıb. İki mərmi təyyarənin gövdəsində deşik açıb, ancaq xoşbəxtlikdən pilotlar güllələrin hədəfi olmayıb.
 
Türkiyənin mineral xəritəsini çıxarmaq üçün zaman-zaman müxtəlif regionlarda uçuşlar edən mədən kəşfiyyat təyyarəsi Osmanlı kəndi yaxınlığında alçaqdan uçuş etdiyi dövrdə güllələrin hədəfi olub.
İddiaya görə, təyyarənin alçaq uçuş etdiyi məqamda qoyun otaran çobanlar M.İ və S.Ş. qoyunlarını qorxudan təyyarəyə əsəbiləşiblər.
Bir neçə dəfə alçaqdan uçan təyyarənin səsinə görə qoyunları sağa sola pərən pərən saldığı üçün çobanlar yanlarında olan silahla təyyarəyə atəş açıb.
Güllələrdən ikisi təyyarənin gövdəsinə tuş gəlib. Gözləmədikləri bir anda güllələrin hədəfi olmaqdan son anda xilas olan pilot və başçılıq etdiyi briqada sürətlə bölgədən uzaqlaşıb.
Hadisə ilə bağlı jandarm qruplarına məlumat verilməsindən sonra Osmanlı kəndində insanların evinə basqın edilərək tüfəng və silahlara əl qoyulub.
Nəzarətə alınan iki çoban ifadələri alındıqdan sonra sərbəst buraxılıb.
Müxalifət.az