İNANILMAZ GÖRÜNTÜ: 5 metrlik ilan turistlərə şok yaşatdı - Video

Baxış sayı:
16741

Cənubi Afrikada ciplə gəzintiyə çıxan turist qrupu böyük piton ilanının hücumundan qaçaraq xilas olub.
Muxalifet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Durban şəhərinin yaxınlığında torpaq yolda baş verib. Öndə olan maşının qoşqusundakı qayığın altında gizlənmiş 5 metrlik ilan anidən ordan çıxaraq turistlərə qorxulu anlar yaşadıb. 
Belə ki, gəzintiyə çıxan turist qrupu avtomobilləri torpaq yolda saxlayıb ərazi ilə tanış olduqları zaman onlardan bir nəfəri qayığın altında ilanı görüb və ona toxunmaq istəyib. 5 metrlik piton daha sonra avtomobilə doğru gedib və bundan qorxuya düşən turist dərhal maşına əyləşərək geri sürüb. Bir müddət cipə doğru hərəkət edən ilan sonda otların arasına girərək yoxa çıxıb. 
İlanın Afrika qaya pitonu olduğu və ölkədəki ən böyük 6 ilandan biri olduğu bildirilib.
Həmin görüntüləri təqdim edirik: