İnam Kərimov iki direktoru işdən azad etdi

Baxış sayı:
13150

Kənd Təsərrüfatı naziri İnam Kərimov Şəmkir və Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorlarını işdən çıxarıb. Məlumata görə, bununla əlaqədar Kənd Təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb. Şəmkir DAİM-in direktoru Kamil Yusibov və Tovuz DAİM-in direktoru Rəhman Qasımov nazirliyin fəaliyyət prinsiplərini kobudcasına pozduqlarına, fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə prinsiplərinə əməl etmədiklərinə görə tutduqları vəzifədən uzaqlaşdırılıblar. Xəbəri Kənd Təsərrüfatı Nazirliyindən “Unikal.org”a təsdiqləyiblər.