İnam Kərimov Agentlik sədri vəzifəsindən azad olundu – SƏRƏNCAM

Baxış sayı:
4456

Muxalifet.az xəbər verir ki, prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun vəzifəsindən azad edilməsi haqqında sərəncam verib. 

​Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən azad edilsin.
 
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
 
İlham Əliyev
 
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 21 aprel 2018-ci il.