​İmtahanın doğru cavabları AÇIQLANDI

Baxış sayı:
4639

Aprelin 1-də keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan nəticələrin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.
Aprelin 1-də keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə olunmuş test tapşırıqlarının doğru cavab etalonlar DİM-in rəsmi saytında yerləşdirilib.
Qeyd edək ki, hal-hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.