​İmişlidə iki avtomobil toqquşdu - Ölən var

Baxış sayı:
4723

İmişli şəhərinin P.Həsənov küçəsində yol-nəqliyyat hadisəsi qəza baş verib.
DİN-dən Muxalifet.az-a verilən məlumata görə, dekabrın 1-də saat 18 radələrində İmişli şəhəri P.Həsənov küçəsində şəhər sakinləri Elman Əliyevin idarə etdiyi "Hyundai” və Vüqar Quliyevin idarə etdiyi "VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş V.Quliyev orada ölüb.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.