İmamoğlunun təyinatına etiraz - KILIÇDAROĞLUNU TƏHQİR EDƏN ŞƏXSƏ VƏZİFƏ VERDİ

Baxış sayı:
4199

Məşhur türk model Didem Soydan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun İstanbul İnformasiya və Ağıllı Şəhər Texnologiyaları İdarəsinə Bahəddin Yetkinin rəhbər təyin etməsinə etirazını bildirib.

Belə ki, model Didem Soydan təyinatı səhv addım adlandırıb.

Bahəddin Yetkin bundan əvvəl AKP Şanlıurfadan olan deputatı Əhməd Əşrəf Fakıbabanın bələdiyyə sədrliyi dövründə informasiya müdiri işlədiyi, 2011-ci il seçkilərində müxalifət liderləri Kamal Kılıçdaroğlu və Meral Akşenər haqqında təhqir videolarını paylaşdığı bildirilir.

İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu isə modelin etirazına belə reaksiya verib: “Biz onları vəzifəyə gətirərkən bacaqrıqlı və təmiz ləyaqətlərini üstün tutduq. Onların siyasi düşüncələrini əsas götürmədik”./Teleqraf