​İmamoğlunun qələbəsinə ABŞ-dan reaksiya

Baxış sayı:
15514

Türkiyədəki ABŞ səfirliyi Əkrəm İmamoğlunun qələbəsi ilə bağlı açıqlama yayıb. Muxalifet.az xəbər verir ki, açıqlamada deyilir: "Demokratiyanın təsirli örnəyini ortaya qoyan İstanbul sakinləri ötən gün səs vermək üçün seçki məntəqələrinə getdilər. Avropanın ən böyük şəhəri olan İstanbulu idarə edəcək Əkrəm İmamoğluna ən xoş arzularımızı çatdırırıq". Qeyd edək ki, ötən gün keçirilən İstanbul bələdiyyə başqanı seçkilərində CHP-nin namizədi Ə.İmamoğlu AKP-nin namizədi B.Yıldırıma qalib gəlib.