İmamoğlundan Yıldırıma diqqət çəkən hədiyyə - VİDEO

Baxış sayı:
5705

Xəbər verdiyimiz kimi, iyunun 23-də Türkiyənin İstanbul şəhərində keçiriləcək bələdiyyə seçkiləri öncəsi iki namizəd - Binəli Yıldırım və Əkrəm İmamoğlu ilk dəfə canlı yayımda üz-üzə gəliblər.

Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, İsmayıl Küçükkayanın aparıcılığı ilə təqdim olunan canlı yayımda Əkrəm İmamoğlu tək açıqlamaları ilə deyil, həm də atdığı bir addımla yadda qalıb.

Belə ki, o, rəqibi Binəli Yıldırımı Atalar günü münasibəti ilə təbrik edib və ona üzərində Atatürkün imzası olan qələm hədiyyə edib.

“Binəli Yıldırımın Atalar gününü təbrik edirəm. İkimiz də 2 oğlan, 1 qız atasıyıq. Bu hədiyyəni Yıldırıma vermək istəyirəm”, - deyə İmamoğlu canlı yayımda bildirib.