​İmamoğluna "xeyirli olsun" dedim, amma... - Binəli Yıldırım

Baxış sayı:
13612

İstanbul Böyükşəhər bələdiyyəsi uğrunda mübarizədə uduzan hakim Ədalət və İnkişaf Partiyasının namizədi Binali Yıldırım rəqibi Əkrəm İmamoğlunu yenidən təbrik edib.
Muxalifet.az xəbər verir ki, o, bundan sonra da Türkiyə üçün çalışacağını söyləyib.
“Bu gün Bərat qəndilidir. Əkrəm İmamoğluna da xeyirli olsun dedim. Eşitməyənlər üçün bir daha söyləyirəm: xeyirli olsun. Amma partiyamızın və Milliyyətçi Hərəkat Partiyasının Yüksək Seçki Quruluna etiraz prosesi davam edir. Heç vaxt kreslo dalınca qaçmamışam. Mənim üçün ən böyük vəzifə insanların könlündəki yerdir, mən hələ də İzmirin deputatıyam. Daim ölkəmə xidmət göstərmişəm, vəzifəm hansı olur-olsun, xidmət göstərməyə davam edəcəyəm”, - deyə Binayli Yıldırım söyləyib.