​İmamoğlu-Yıldırım debatının aparıcısı ələ salındı - Foto

Baxış sayı:
6943

Xəbər verdiyimiz kimi, İstanbul Böyüşşəhər Bələdiyyəsinə namizədlər Əkrəm İmamoğlu (Millət İttifaq) və Binəli Yıldırım (Cümhur İttifaqı) canlı yayımda debata çıxaraq, aparıcı İsmayıl Küçükkayanın suallarını cavablandırıb. Muxalifet.az xəbər verir ki, İsmayıl Küçükkayanın moderatorluğu sosial mediada geniş müzakirələrə səbəb olub. Türkiyə siyasi tarixində 17 il sonra baş tutan canlı yayımda aparıcının moderatorluğu ilə bağlı namizədlərdən rəy alması birmənalı qarşılanmayıb. Yavuzxan Baş adlı istifadəçi sualların və formatın bərbad olduğunu yazıb: "Sadəcə qəlyanaltı verilişi apar, İsmayıl bəy". Məşhur jurnalist Uğur Dündar da namizədlər üçün hər suala verilən 3 dəqiqənin az olduğunu bildirib.