İmamoğlu da səsini verdi - VİDEO

Baxış sayı:
4231

CHP-nin İstanbul bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlu həyat yoldaşı Dilək İmamoğlu ilə birlikdə səs verib.

“Haberler”in məlumatına görə, Bəylikdüzündə Haldur Taner adına məktəbdə 1382 nömrəli sandıqda səs verən İmamoğlunun səsvermədən sonrakı açıqlaması:

“Xalqımız bu gün ən doğru qərarını verəcək. Şəhərimizə və ölkəmizə xeyirli olsun. Günün sonunda hər şey çox gözəl olacaq. Hamı haqqını halal etsin, ancaq bundan sonra eyni xətaları təkrarlamayaq. Çox gözəl nəticə gözləyirəm”./qafqazinfo