​İmaməli Rəhman bu türk dövlətinə getdi - 17 ildə ilk dəfə

Baxış sayı:
3589

Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhman Özbəkistan Prezidenti Şövkət Mirziyayevin dəvəti ilə son 17 ildə ilk dəfə olaraq bu ölkəyə rəsmi səfər edib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Uzbekistan 24” telekanalı informasiya yayıb.
Səfər çərçivəsində liderlər siyasi, ticarət-iqtisadi, nəqliyyat-kommunikasiya, turizm, mədəni-humanitar və regional məsələləri müzakirə edəcəklər. Bir sıra vacib sənədlərin, o cümlədən strateji tərəfdaşlığa dair sazişin imzalanması gündəlikdə dayanır.
Qeyd edək ki, bu il Özbəkistan prezidenti də tarixdə ilk dəfə Tacikistana səfər edib.