İlqar Məmmədovu Şamaxıda sərbəst buraxıblar - ÇÖLÜN DÜZÜNDƏ

Baxış sayı:
2212

Bir qrup deputatlığa namizədin Mərkəzi Seçki Komissisiyasının (MSK) inzibati binasının qarşısında keçirdiyi etiraz aksiyasından öncə saxlanılan ReAl Partiyasının sədri İlqar Məmmədov Şamaxıya aparılıb.

Demokrat.az-ın xəbərinə görə, İ.Məmmədov orada sərbəst buraxılıb.

Qeyd edək ki, aksiya ilə əlaqədar saxlanılan deputatlığa namizədlərdən D 18 Hərəkatının sədri Ruslan İzzətlini Yevlaxda, bloqer Mehman Hüseynovu və siyasi fəal Ülvi Həsənlini Kürdəmirdə, siyasi fəal Rəbiyyə Məmmədovanı Qobustanda, siyasi fəal Yadigar Sadıqlını Ələtdə sərbəst buraxıblar.