​İLQAR MƏMMƏDOVDAN QALMAQALLI AÇIQLAMA – “Ramil Səfərovun qəhrəmanlaşdırılması milli məqsədlərimizə uyğun olmayan qərar idi”

Baxış sayı:
1990

“Azərbaycan dövləti 2-ci maddənin prosedur tərəfini pozub”
 

“Ramil Səfərovla bağlı Avropa Məhkəməsi qərarını açıqladı. Ermənilər Macarıstan və Azərbaycan haqqında şikayət vermişdilər. Lakin Avropa Məhkəməsi Macarıstanın heç bir pozuntuya yol vermədiyini müəyyən etdi”.
Muxalifet.az xəbər verir ki, bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov yazıb.
Partiya sədrinin sözlərinə görə, məhkəmənin qərarına əsasən, Azərbaycan Konvensiyanın 2-ci maddəsinin məzmun tərəfini pozmayıb, yəni Ramil Səfərovun əməlini ona əmr etməyib: “Eyni zamanda Ramil Səfərovun əməlinin istintaqını lazımi qaydada aparmamaqla, Azərbaycan dövləti 2-ci maddənin prosedur tərəfini pozub və bu baxımdan həm də 14-cü maddəni pozub, yəni hadisəyə özünün prosedur münasibətində ayrıseçkiliyə yol verib”.
İ. Məmmədov qeyd edib ki, bu qərar REAL-ın 2012-ci ildə ortaya qoyduğu münasibətə yuxarı-aşağı yaxındır: “Baxmayaraq ki, məsələyə hüquqi deyil, siyasi və mənəvi nəzər-nöqteyindən yanaşanda Varujan Karapetyan kimi terrorçunu İrəvanda təntənə ilə, qəhrəman kimi qarşılayandan sonra ermənilərin Azərbaycana ümumiyyətlə, heç bir iddiası olmamalıdır. REAL olaraq onda bir tərəfdən dövlətin addımlarını yüksək qiymətləndirib demişdik ki, vətəndaşımız belə bir çətin vəziyyətə düşəndə onu geri almaqdan ötrü dövlət əlindən gələni etməli idi və elədi də, amma Səfərovun qəhrəmanlaşdırılması milli məqsədlərimizə uyğun olmayan qərar idi”.