​İlqar Məmmədovdan ABŞ-a çağırış

Bu yaxınlarda azadlığa buraxılmış azərbaycanlı siyasi məhbusların ortalama yaşı, yəhudilərin ölkədən getməsinin qarşısını aldığına görə SSRİ-yə tətbiq olunmuş iqtisadi cəzalardan ibarət ABŞ-ın Ticarət haqqında Qanununa 1974-cü ildə edilmiş Cekson-Venik düzəlişinin qüvvədə olma müddətilə eynidir.
Bu xatırlatmanın yeri var, çünki azadlığa buraxılmaşların xeylisi, azadlığa buraxılmalarının şərti olduğuna görə, gələcək bir neçə il ərzində, qanuna əsasən, ölkədən çıxa bilməyəcək.
Sözügedən siyasi gedişlərin oxşarlığı çox aydındır: 1974-cü ildə, həmin düzəlişin qəbulunu önləmək üçün, SSRİ çox bilikli yəhudilərin ölkədən getməsini əngəlləyən “diplom qadağası”nı aradan götürdü; 2016-cı ilin mart ayında onlarla azərbaycanlı siyasi məhbusun arasından on yeddisinin azadlığa buraxılmasının məqsədi “Azərbaycan Demokratiya Aktı 2015” layihəsinin baxılması ərəfəsində ABŞ Konqresini razı salmaq olmuşdur.
Həmin layihə keçən ilin dekabrında Konqresin Helsinki Komissiyasında hazırlanmışdır. Layihədə, insan haqlarının pozulmasına görə, Azərbaycan hökumətinin yüksək rəhbərliyinə sanksiyaların tətbiqi nəzərdə tutulur.
Guman ki, siyasi məhbuslar məsələsində say baxımından son irəliləyiş layihənin qəbulunu dayandıra bilər. Azərbaycan rəhbərliyi buna görə çeşidli beynəlxalq çevrələrdən alqış alıb artıq. Amma azadlığa buraxılanların xeylisi ölkədən çıxa bilmir. Helsinki Komissiyasının sədri, cənab Kristofer Smitin, layihəni təqdim edərkən, adlarını çəkdiyi dörd məhbusdan ikisi artıq evdə olsa da, onlardan heç biri seçkili orqanlarda yer almaq üçün namizəd ola bilməz, biri isə sərhədi keçə bilmir.
Tanınmış demokratiya fəallarına məhdudiyyətlər qoymaq təcrübəsi daha da genişlənəcək: Soyuq Müharibə dönəmində Avropada insan haqları məsələsində prinsipial olmuş Qərb demokratiyaları indiki zamanda istənilən iki yamanın arasından ən kiçiyini alqışlayırlar.
Azərbaycanda siyasilərə ölkədəngetmə qadağası yeni deyil, amma belə hallar getdikcə çoxsaylı və hətta kütləvi olmağa başlayır. Bir çox fəal, onlara qarşı açılmış saxta cinayət işlərinə görə, ölkəsinə qayıda bilmir. Hökumət, siyasi mühaciri qayıtmağa məcbur etməyi çox istəyərsə, onun qohumunu həbs edir.
Azərbaycan, SSRİ-nin çökməsindən 25 il sonra, Cekson-Venik düzəlişinin qəbulunu zəruri etmiş siyasəti praktiki olaraq yenidən qurdu. İndi görək, cənab Smit, başqa təşəbbüskar Konqresmenlərlə birlikdə, “Azərbaycan Demokratiya Aktı 2015” layihəsinin qəbulunu yavaşladacaq, yoxsa yerdə qalan siyasi məhbusların azadlığa buraxılması üçün bu prosesi gücləndirəcək.