İlqar Məmmədova da 190 manat verilib? - AÇIQLAMA

Baxış sayı:
2243

Xüsusi karantin rejimində işsizlər üçün nəzərdə tutulmuş 190 manat birdəfəlik müavinət alanlardan birinin adı, soyadı və atasının Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovun adı, soyadı və atasının adı ilə eynilik təşkil edir. 

Bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, tanınmış iqtisadçı Qubad İbadoğlu yazıb.  “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi doğum tarixini, yaşayış yerinin ünvanı da dərc etməlidir. Hardan bilək ki, bu şəxs Real sədri İlqar Məmmədovdur, yoxsa başqası? Ad, soyad və atasının adı eynidir:

396829 – MƏMMƏDOV İLQAR ELDAR OĞLU”, – deyə ADR sədri bildirib.

Bu məsələ sosial şəbəkələrdə rezonansa səbəb olub. REAl-ın icra katibi Natiq Cəfərli bu şəxsin İlqar Məmmədovun olduğunu birmənalı təsdiq, yaxud təkzib etməyib. O, bildirib ki, məsələ ilə bağlı şikayət edilib./yenisabah.az