​İlqar Əliyevin həbs xəbəri təsdiqlənmədi - ÖZƏL

Antiterror Mərkəzinin  rəis müavini İ.Əliyev və general T.Quliyevin hazırda iş başında olduğu deyilir

“Dünən Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən nazir Eldar Mahmudovun MTN-dəki komandasına qarşı irimiqyaslı həbslərə starat verilib”.
Bu haqda strateq.az saytı xəbər verir.
Saytın məlumatına görə, nazirin vəzifəsindən çıxarıldığı saatlarda Xüsusi Dövlət Mühafizə Xidmətinin, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyevi və Antiterror Mərkəzinin rəis müavini, adı media cameəsinə çox yaxşı tanış olan İlqar Əliyevi, eləcə də daha bir neçə yüksəkrütbəli əməkdaşı həbs ediblər.
İlkin informasiyalara görə, onlar MTN-in imkan və səlahiyyətlərindən yararlanaraq, dövlət başçısının, onun ailə üzvlərinin, eləcə də hakimiyyətdəki yüksək vəzifəli şəxslərin özlərinin və ailə üzvlərinin telefon danışıqlarını dinləyirmişlər.
Sayt həbslərin davam etdiriləcəyi və daha bir neçə generalın da həbs olunacağını bildirib.
Lakin Muxalifet.az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, MTN əməkdaşlarına qarşı heç bir xüsusi əməliyyat aparılmayıb və həbs xəbərləri həqiqəti əks etdirmir. Mənbə vurğulayır ki, hazırda Antiterror Mərkəzinin  rəis müavini İlqar Əliyev öz kabinetində və işinin başındadır. O cümlədən general Teymur Quliyevin də səhər saatlarında işdə olduğu haqda bilgilər var.
Muxalifet.az.
P.S. Mövzu ilə bağlı araşdırmamız davam edir. Yaxın saatlarda oxucularımızı daha detallı informasiya ilə təmin etməyə çalışacağıq.