İllər sonra ABŞ-dan gələn tarixi etiraf: “Ərdoğanı dinləmədik, səhv etdik”

Baxış sayı:
502

 Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Barak Obamanın milli təhlükəsizlik müşaviri Ceyms Cons, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın "təhlükəsiz bölgə" təklifini dinləmədiklərini və səhv etdiklərini deyib.
 
Amerika Türk Şurası (ATC) İdarə Heyətinin sədri olan Barak Obama dövrünün keçmiş milli təhlükəsizlik müşaviri Ceyms Cons, terror təşkilatı PKK/YPG və ABŞ-ın Suriyada “təhlükəsiz bölgə” barəsində keçmişdəki siyasətinin səhvlər daşıdığını söyləyib.
Cons Obama dövrünün Suriya çərçivəsində kimyəvi silahların istifadəsini qırmızı xətt kimi qiymətləndirən, ancaq müdaxilədən uzaq duran siyasətinə istinad edərək, "Qırmızı xəttin pozulmasından sonra Suriyada “təhlükəsiz bölgə” yaradılsaydı, o zaman qaçqın axınının da qarşısı alınmış olardı. İraqın şimalında bu metod işə yaradı. Qırmızı xətt pozulandan sonra bunu etməmək strateji bir səhv oldu" deyib.
Müxalifət.az