İlkər Başbuğdan S-400 analizi..

Baxış sayı:
7624

Türkiyənin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ “Habertürk TV”-də qonaq olduğu proqramda S-400-lərin strateji və hərbi əhəmiyyətini analiz edib.
 
S-400-lərin artıq satın alındığını və Türkiyəyə gələcəyini ifadə edən Başbuğ, "artıq bu işdən geri dönmək olmaz, bu mümkün deyil" deyib.
Başbuğ S-400-lərin Türkiyə üçün nə qədər əhəmiyyətli olduğunu izah edərkən bu sözləri deyib:
"S-400 həqiqətən strateji bir müdafiə silahıdır. Sizə çox böyük bir üstünlük təmin edir. Məsələn, bu sistemi aparıb cənubda bir yerə qoyarsanız, bütün Suriyanı, İraqı, Şərqi Aralıq dənizii, Kipri bağlayırsınız. Yəni orada təyyarə uça bilməz. Kimsənin təyyarəsi uça bilməz. Hələ bir də 'mən burada uçuşa qadağan bölgə elan edirəm' desəniz, o bölgəni nəzarət altına alırsınız. Qərbdə bir yerə qoyarsaız, bütün Egey dənizini, Şərqi Aralıq dənizinin hər tərəfini nəzarətə alırsınız. Yəni sizə böyük, müdhiş bir güc verən sistemdən bəhs edirik. Onu unutmaq lazım deyil ki, bu S-400-lər həqiqətən strateji bir bölgə havadan müdafiə sistemidir".
Müxalifət.az