İlkər Başbuğdan diqqət çəkən S-400 açıqlaması: Böhrandan necə çıxılacaq..

Baxış sayı:
6505

ABŞ Müdafiə Nazirliyinin Türkiyənin Milli Müdafiə naziri Hulusi Akara yazdığı məktubu şərh edən Baş Qərargahın keçmiş rəisi İlkər Başbuğ "Bu böhrandan necə çıxılacağını" deyib.
 
26-cı Baş Qərargah rəisi İlkər Başbuğ Türkiyə ilə ABŞ arasında S-400 böhranına toxunub.
Qeyd edək ki, ABŞ Müdafiə nazirinin vəkili Patrick Şanahan Milli Müdafiə naziri Hulusi Akara bir məktub yazaraq Amerikada F-35 təhsili alan Türk pilotların 31 iyula qədər ayrılacaqlarını və proqram daxilində yeni təhsil verilməyəcəyini söyləyib. Şanahan bu qərarın son olmadığını və S-400-dən imtina edildiyi təqdirdə vəziyyətin dəyişəcəyini vurğulayıb.
 
"BU BÖHRANDAN NECƏ ÇIXILACAQ?"
 
Şanahanın məktubuna soaial media hesabı Twitterdən toxunan Başbuş, bu ifadələri işlədib: "ABŞ Müdafiə naziri vəkilinin Milli Müdafiə naziri Akara göndərdiyi diplomatik nəzakət qaydalarından uzaq məktubdur, bir çox kobud xəbərdarlıq və təhdid ehtiva etməkdədir. ABŞ Konqresindən sonra Müdafiə Nazirliyi də Türkiyənin qarşısında yer almışdır. Bu böhrandan necə çıxılacaq" deyib.
Müxalifət.az