İlkər Başbuğ yenidən İTTİHAM OLUNACAQ

Türkiyə Silahlı Qüvvələrinin keçmiş komadanı İlkər Başbuğa qarşı yenidən məhkəmə qarşısına çıxarılacaq.
 
Türkiyə Ali Məhkəməsi İlkər Başbuğun Ərgənəkon işilə bağlı yenidən ittiham olunması üçün Ana Yasa Məhkəməsinə müraciət edib.
Ana Yasa Məhkəməsi Başbuğla bağlı iddiaların araşdırılması üçün Nazirlər Kabinetindən icazə istəyib.
Qeyd edək ki, İlkər Başbuğ sərt millətçilərdən ibarət olduğu iddia edilən gizli Ərqənəkon şəbəkəsinin başında durmaqda suçlanır.
İttihama görə, qrup 2003-cü ildə baş nazir Rəcəb Tayyib Ərdoğanı hakimiyyətdən devirmək planına malik olub. Amma ittihamlar bu günə qədər təsdiqini tapmayıb.