İlk sosial mənzillər nə vaxt istifadəyə veriləcək? – RƏSMİ AÇIQLAMA

"2018-ci ilin yayında sakinlər ilk sosial mənzillərinə köçəcəklər".
Muxalifət.az bildirir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev bu gün keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, bir neçə aya mənzillərin satışı ilə bağlı elan veriləcək: "Mənzil İnşaatı Dövlət Agentliyi vətəndaşın imzalayacağı müqavilə formasını hazırlayıb. Artıq yeni forma razılaşdırılması üçün Azərbaycan Dövlət İpoteka Fonduna göndərilib. 29 binadan ibarət yaşayış kompleksində mənzillərin sayı 1843-dür. Bir otaqlı mənzillərin sayı 324, iki otaqlı mənzillərin sayı 1052, üç otaqlı mənzillərin sayı 467 olacaq". /Lent.az/