İlk sınaq imtahanına qeydiyyat başlayır - Abituriyentlərin nəzərinə

Baxış sayı:
4500

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 1-də ilk sınaq imtahanı keçiriləcək.
 
Muxalifət.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.
Aprelin 1-də keçiriləcək sınaq imtahanına qeydiyyat martın 6-sı saat 10:00-dan martın 28-i saat 10:00-dək aparılacaq.
Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq  səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.