"İlk olaraq öpüşmək qadağan edilməlidir" - Rəşid Mahmudovun koronavirus AÇIQLAMASI

Baxış sayı:
2374

Azərbaycan Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov Xəzər televiziyasında yayımlanan, Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişində koronavirusundan qorunmağın yolunu açıqlayıb.

Mahmudov bildirib ki, ola bilər ki, koronavirus bir dövlətin digər bir dövlətə qarşı hazırladığı baktereloji silahdır: "Bu virusdan qorunmağın bir neçə yolu var. İlk olaraq öpüşmək qəti qadağan olmalıdır. Əllə görüşmək olmaz. Əlləri tez-tez yumaq lazımdır. Koronaviuslu şəxs asqırıbsa, həmin yerdə virus uzun müddət yaşaya bilir. Əlini o yerə vurub ağıza aparanda virusa yoluxursan. Koronavirus ilk olaraq ağciyəri zədələyir. Bədənə mikrob burundan və ağızdan daxil olur. Ona görə də gigiyenik qaydalara riayət etmək lazımdır. Bunun üçün ağzı, burunu təmiz saxlayıb, immuniteti gücləndirici qidalar qəbul etmək lazımdır. İmmuniteti artırmaq üçün xaş yemək lazımdır.Tibii maskalardan istifadə etmək lazımdır. Mən deyən kimi maskaların qiymətini qaldıracaqlar. Türkiyədə Ramazan ayında ətin qiymətini ucuzlaşdırırlar ki, hər kəs yeyə bilsin. 5-10 qəpiklik maskanı bir manata satmaq ayıbdır. Bu Azərbaycan xalqına yaraşmayan hərəkətdir. Daha sonra burunu hidrogen peroksidlə yumaq lazımdır. İnsanlarımız sarımsağı, limonu, soğanı, cəfərini və sodanı daha çox istifadə etməlidir. Bilirəm mənim bu dediklərimdən sonra sarımsağın da qiyməti qalxacaq. Ayıbdır. Bazarda qiymətləri qaldıranlar xalqın həyatı ilə oynayırlar"./Demokrat.az