​“İlin yalanını danışan nazir” – SƏLİM MÜSLÜMOV HAQDA ŞOK FAKTLAR – 7 sayt nazirdən yazdı

Ötən həftə mətbuatın diqqət mərkəzində olan məmurların siyahısında Artur Rəsizadə ikinci, Nazim İbrahimov üçüncü yeri tutub

Baxış sayı:
12847

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Ötən həftə - 25-31 dekabr  2017-ci il tarixlərində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov olmuşdur. Onun barəsində “İlin yalanını danışan nazir: Pensiya, müavinətlər gecikir, əlillər qapılarda sürünür...” “Nazir Səlim Müslümovun oğlunun FOTOları yayıldı – viski, qəlyan…” adlı 2 yazı 7 elektron KİV-də işıqlandırılmışdır.

Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri “Artur Rəsizadə yeni ilin ilk aylarında yola salınır - yerinə kimin gəldiyi məlumdur” –adlı məqalənin 6 elektron KİV-də yayılması ilə ölkənin Baş naziri  Artur Rəsizadə tutur. 

Nəhayət, elektron KİV-də ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri isə “Nazim İbrahimovun Novxanıdakı bağı satılıb – Məhkəmə qərarı ilə” adlı  məqalənin 5 elektron KİV-də yayılması ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tutur. 
 
DEPUTAT MANDATDAN MƏHRUM EDİLƏCƏK? – Malik Həsənov haqda sesnsasion fakt

Həftə ərzində “Malik Həsənovu mandatdan məhrum edəcək Dosye” adlı yazının 6 saytda işıqlanması ilə deputat Malik Həsənov deputatlar arasında  həftənin birincisi və yeganə deputat nümayəndəsi olmuşdur.

Muxalifet.az