İlin ilk Günəş tutulması baş verib

Baxış sayı:
1900

Bu gün Bakı vaxtı ilə saat 03:34-də 2019-cu ilin ilk Günəş tutulması başlayıb.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, Günəşin qismən tutulması saat 07:49-dək davam edib.

Bu təbiət hadisəsi Şimal-Şərqi Asiyada, Sakit okeanın şimal hissəsində - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdə müşahidə olunub.

Qeyd edək ki, bu il üç Günəş tutulması hadisəsi baş verəcək. İkinci Günəş tutulması (tam tutulma) iyulun 2-3-də, üçüncüsü isə (halqavarı tutulma) dekabrın 26-da olacaq.