​İlham Zəkiyevə yeddinci dan qara kəmər verildi - Foto

Baxış sayı:
241

Azərbaycan paracüdoçusu İlham Zəkiyevə yeddinci dan qara kəmər təqdim olunub.
Muxalifet.az xəbər verir ki, idmançımızın layiq görüldüyü yeddinci dan qara kəməri ona Bakıda keçirilən cüdo üzrə dünya çempionatı çərçivəsində Beynəlxalq Cüdo Federasiyasının idman direktoru Vladimir Varta təqdim edib.
Xatırladaq ki, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev ikiqat paralimpiya, ikiqat dünya, yeddiqat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibidir.